Muxtar respublikada 2020-ci ilin yanvar-fevral aylarında 361 milyon 857 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Müasir və dayanıqlı iqtisadiyyatın yaradılması üçün sənayenin inkişafı əsas şərtdir. Sənaye maddi nemətlərin hasil edildiyi və bu nemətlərin, həmçinin kənd təsərrüfatı məhsullarının emalının həyata keçirildiyi mühüm fəaliyyət sahəsi olub iqtisadiyyatın lokomotivi rolunu oynayır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq muxtar respublikada həyata keçirilən mühüm tədbirlər nəticəsində əldə olunmuş davamlı inkişaf, aparılan...