Muxtar respublika iqtisadiyyatının dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən sosial-iqtisadi modelin başlıca istiqaməti iqtisadiyyatın dinamik inkişafına və bu əsasda da sakinlərin rifahının yüksəldilməsinə yönəldilmişdir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan bu modelin yeni keyfiyyət mərhələsində müvəffəqiyyətlə...
Blokada şəraitində yaşayan, bu səbəbdən də Azərbaycanın digər ərazilərindən tədric olunan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına göstərilən diqqət və qayğının əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikasının yeni inkişaf mərhələsi öz başlanğıcını Ali Məclisin 1995-ci il dekabrın 16-da keçirilmiş sessiyasından götürür. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri seçilmiş cənab Vasif Talıbov 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq və inkişaf yolunun ağır
blokada şəraitində yaşayan...
Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Təəssüf ki, 1991-1993-cü illərdə dövlət müstəqilliyinin möhkəmlənməsi istiqamətində heç bir iş aparılmadı. Müstəqil Azərbaycan dövlətinin keçdiyi yeni mərhələdə ölkənin iqtisadi, siyasi maraqları, təhlükəsizliyi, ərazi bütövlüyünün...