Muxtar respublikada 2020-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 292 milyon 937 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Muxtar respublikada həyata keçirilən ardıcıl tədbirlər, qəbul edilmiş mühüm dövlət proqramlarının uğurlu icrası, yaradılan yeni istehsal və xidmət sahələri əhalinin səmərəli məşğulluğunu təmin etmiş, davamlı inkişafa yeni imkanlar yaratmışdır.
İqtisadi və sosial sahələrdə əldə olunmuş uğurların davamlılığının təmin olunması və infrastrukturun yenilənməsi istiqamətində təkcə 2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada...