Muxtar respublikada 2022-ci ilin yanvar ayında 180 milyon 315 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
  Səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən islahatlar dövlətin sosial siyasətinin başlıca istiqamətlərindən biridir. Son dövrlər muxtar respublikada müasir tibbi avadanlıqlarla və maddi texniki baza ilə təchiz olunmuş xəstəxanaların, həkim ambulatoriyalarının və digər səhiyyə obyektlərinin istifadəyə verilməsi və güclü kadr potensialının yaradılması insan amilinə verilən dəyərin bariz nümuməsidir.
Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2021-ci ildə də qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikada 2021-ci ilin yanvar-noyabr aylarında 2 milyard 631 milyon 572 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.