Muxtar respublikada davamlı inkişafın təmin edilməsində mühüm sahələrdən biri də sənayedir. Son dövrlər bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, uğurlu investisiya siyasəti, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı yeni məhsul növlərinin istehsalını təmin etmiş, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə,...
Muxtar respublikada 2021-ci ilin yanvar-fevral aylarında 369 milyon 178 min 100 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 799,8 manata çatmışdır.
Müasir dövrdə dayanıqlı və keyfiyyətli enerji təchizatı hər bir ölkənin davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır. Muxtar respublikada da dövlət siyasətinin əsasını təşkil edən enerji təhlükəsizliyi tədbirləri daim diqqətdə saxlanılmış, yeni güclərin yaradılması və infrastrukturun yenilənməsi istiqamətində...