Elektron kitabxana


Naxçıvan Muxtar Respublikası müstəqillik illərində17.08.2016
Kitabda Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial-mədəni həyatında baş vermiş yeniliklərdən, ictimai həyatın bütün sahələrində reallaşdırılan islahatların səmərəli nəticələrindən bəhs olunur. Kitaba həyata keçirilmiş mohtəşəm quruculuq işlərini əks etdirən fotoşəkillər də əlavə olunmuşdur. Kitab muxtar respublikanın ictimai həyatı ilə maraqlananlar, elmi tədqiqatcılar və geniş oxucu kutləsi üçün nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikası-90 (Quruculuq salnaməsi)11.08.2014
Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli 181-04/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı"nın icrası ilə əlaqədar olaraq hazırlanmışdır.
İntibahın 15 ili27.12.2012
1995-2010-cu illərdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial-mədəni həyatında baş vermiş yeniliklərdən, ictimai həyatın bütün sahələrində reallaşdırılan islahatların səmərəli nəticələrindən bəhs olunan kitaba həyata keçirilmiş möhtəşəm quruculuq işlərini əks etdirən fotoşəkillər də əlavə olunmuşdur. "İntibahın 15 ili" kitabı muxtar respublikanın ictimai həyatı ilə maraqlananlar, elmi tədqiqat aparanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikasının energetikası25.12.2012
"Naxçıvan Muxtar Respublikasının energetikası" adlı statistik məcmuə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 12 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş "2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası istiqamətində hazırlanmışdır. "Naxçıvan Muxtar Respublikasının energetikası" adlı statistik məcmuənin hazırlanmasında əsas məqsəd enerji məhsullarının istehsal və istehlak strukturunda baş verən dəyişikliklərin statistik tədqiqi və təhlilini həyata keçirmək, energetika sektorunun inkişafı istiqamətlərinin müəyyənləşdirilməsini və bu sahə üzrə istifadəçiləri statistik məlumatlarla təmin etməkdən ibarətdir...
 
Arxiv