Qiymət statistikası


Metodoloji izahlar
İstehlak qiymətləri indeksi (İQİ) – orta alıcılıq qabiliyyətli alıcının aldığı malların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsini səciyyələndirən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərin qiymət dinamikasının müəyyənləşdirilməsidir. İQİ Laspeyres düsturu ilə hesablanır. İndeksin hesablanmasında muxtar respublikada nəzərə alan 565 reprezentativ mal və xidmət qrupları üzrə toplanmış qiymət və tariflərdən istifadə edilir. İstehlak qiymətləri indeksi tərtib edilərkən ev təsərrüfatlarının büdcə müayinələri əsasında müəyyənləşdirilən bazis dövründə əhalinin faktiki istehlak xərclərinin strukturu tərəzi rolunu oynayır.
İQİ - istehlak sektorunda inflyasiyanın səviyyəsini xarakterizə edir və milli hesablar sisteminin göstəricilərinin müəyyənləşdirilməsində ümumi daxili məhsulun son istifadəsini ən mühüm komponentlərindən olan ev təsərrüfatlarının son istehlaklına çəkilən xərclərin sabit qiymətlərdə hesablanmasında, eləcə də əhalinin gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsində istifadə olunur. Qiymət haqqında ilkin məlumat bütün indekslərin hesablanmasının bazasıdır. Fərdi indekslərin istinad göstəriciləri məhz onun əsasında formalaşır.
İstehlak malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri indeksinin hesablanması üçün informasiya bazası mağazaların, bazarların, ticarət və xidmət sferası müəssisələrinin məlumatları hesab olunur, yəni, qiymət və tariflərin qeydiyyatı malların satıldığı və xidmətlərin göstərildiyi yerdə aparılır. Hər bir ticarət məntəqəsində və bütün çoxçeşidli malların və xidmətlərin qiymətlərinin qeydiyyatının aparılması nə mümkün, nə də məqsədəuyğun deyildir. Bunun üçün müvafiq ticarət məntəqələri, mallar və xidmətlər seçilməlidir. Bu cür seçmə toplanılan və hazırlanan statistik materialların azaldılmasına, yaşayış məntəqəsi üzrə qiymətlərin dəyişməsinin qanunauyğunluqlarının aşlar edilməsinə və bunların bütün mal və xidmətlərin qiymətlərinə şamil edilməsinə imlan verir.
Müayinə sferasına mülkiyyətin bütün növlərindən olan (dövlət, icarə, kommersiya, şəxsi ticarət məntəqələri və s., şəhər bazarları və yarmarkaları) ticarət və xidmət müəssisələrində realizə olunan mallar və göstərilən xidmətlər daxil edilir.
Ticarət (xidmət) məntəqələrinin, eləcə də malların çoxçeşidliliyi müşahidə olunacaq təmsilediсi ticarət (xidmət) məntəqələrinin və malların seçilməsini tələb edir.
Qiymətlərin səviyyəsi və onların dinamikası haqqında obyektiv məlumat əldə etmək üçün ticarət (xidmət) məntəqələrinin seçilməsi elə şəkildə aparılır ki, bunun nəticəsində ticarət və xidmət sferasının yerli xüsusiyyətləri mümkün dərəcədə dolğun əks olunsun. Yəni muxtar respublikanın şəhər və rayonlarında həcminə (böyük, orta, xırda), eləcə də mülkiyyət formasına və tiplərinə görə fərqlənən ticarət məntəqələrinin seçilməsi vacibdir.
Hər bir mal (xidmət) üçün şəhərin mərkəzində və ətraf rayonlarda yerləşən müxtəlif ticarət məntəqələrində 5 qiymət qeydə alınır. Bu zaman bir ticarət (xidmət) məntəqəsində hər bir mal (xidmət) üçün yalnız bir qeydiyyat aparılır. Xidmət sferası üzrə baza müəssisələrinin seçilməsi zamanı əhaliyə daha çox çeşiddə xidmət göstərən müəssisələrə (məişət evləri, kompleks qəbul məntəqələri), eləcə də əhalinin daha çox istifadə etdiyi, bütün il ərzində fəaliyyət göstərən müəssisələrə üstünlük verilir. Ticarət növlərindən asılı olmayaraq qiymətlərin qeydiyyatı və qiymət indekslərinin hesablanması hər ay aparılır.
Qiymətlərin səviyyəsi və onların dinamikası haqqında obyektiv məlumat əldə etmək üçün ticarət (xidmət) məntəqələrinin seçilməsi elə şəkildə aparılır ki, bunun nəticəsində ticarət və xidmət sferasının yerli xüsusiyyətləri mümkün dərəcədə dolğun əks olunsun. Yəni şəhərin müxtəlif rayonlarında həcminə (böyük, orta, xırda), eləcə də mülkiyyət formasına və tiplərinə görə fərqlənən ticarət məntəqələrinin seçilməsi vacibdir.
Hər bir mal (xidmət) üçün şəhərin mərkəzində və ətraf rayonlarda yerləşən müxtəlif ticarət məntəqələrində 5 qiymət qeydə alınır. Bu zaman bir ticarət (xidmət) məntəqəsində hər bir mal (xidmət) üçün yalnız bir qeydiyyat aparılır. Xidmət sferası üzrə baza müəssisələrinin seçilməsi zamanı əhaliyə daha çox çeşiddə xidmət göstərən müəssisələrə (məişət evləri, kompleks qəbul məntəqələri), eləcə də əhalinin daha çox istifadə etdiyi, bütün il ərzində fəaliyyət göstərən müəssisələrə üstünlük verilir.
Ticarət növlərindən asılı olmayaraq qiymətlərin qeydiyyatı və qiymət indekslərinin hesablanması hər ay aparılır.
Sənaye məhsullarının istehsalçı qiymət indeksi (SQİ) – hər il yenilən baza sənaye müəssisələri və təşkilatlarının təmsilçi mallarının qiymət qeydiyyatı əsasında hesablanılır. Qeydiyyata cari ayda istehsal olunan və yüklənən məhsulların faktiki qiymətləri götürülür.
Sənaye məhsullarının istehsalçı qiymət indeksi həm məhsullar, həm də iqtisadi fəaliyyət növlərinə görə qiymət indekslərinin hesablanmasına imkan verən beynəlxalq metodologiyaya uyğun işlənmişdir. Qiymət yığımı üçün seçilmiş əmtəəlr genişləndirilmiş və onrəqəmli sənaye məhsullarının statistik təsnifatı sistemi üzrə, müəssisələr isə genişləndirilmiş beşrəqəmli iqtisadi fəaliyyət növləri təsnifatı (İFNT) sistemi əsasında iqtisadi fəaliyyətinə görə kodlaşdırılmışdır.
İqtisadi fəaliyyətə əsaslanan SQİ istehsalçı qiymətlərinin dəyişikliklərini qlobal qiymətləndirdiyi üçün əsas sayılır və əmtəələr üzrə sıra indekslər konkret əmtəələr və yaxud əmtəə qruplarının qiymət dəyişiklikləri göstəriciləri kimi istifadə olunur. Hər ay iqtisadi fəaliyyət növləri təsnifatının C, D, E (hasiledici, emaledici, energetika) seksiyaları və alt seksiyaları üzrə 17 indeks və onların dinamik sıraları hesablanılır və hər ay respublikanın sənaye müəssisələri tərəfindən istehsal olunan məhsulların orta çəkili qiymətlərindən ibarət kompüter baza məlumatı formalaşdırılır.
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlər indeksi (KTQİ) – kənd təsərrüfatı müəssisələri, fermer təsərrüfatları və ev təsərrüfatları tərəfindən müxtəlif kanallar üzrə realizə edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin səviyyəsi və dinamikasını xarakterizə edir. Kənd təsərrüfatı məhsullarının qiymətləri üzərində müşahidə kənd təsərrüfatı müəssisələrinin, kəndli (fermer) təsərrüfatlarının və ev təsərrüfatlarının seçmə şəbəkəsi üzrə həyata keçirilir.
Alınmış məlumatlar kənd təsərrüfatı məhsullarının realizə şərtlərinin dəyişməsinin təhlilində və kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin dəyişməsində qiymətin rolunun aydınlaşmasında istifadə edilir.
Yükdaşıma tariflərinin indeksləri ayrı-ayrı nəqliyyat növlərinin yükdaşıma tariflərinin dəyişmə templərinin qiymətləndirilməsi və həmçinin, ümumi daxili məhsulun (ÜDM) artma (azalma) tempinin hesablanması, istifadə olunan deflyator indekslərinin və digər makroiqtisadi göstəricilərin müəyyən edilməsi üçün nəzərdə tutulmuşdur. Onlar nəqliyyat müəssisələrinin müxtəlif nəqliyyat növləri vasitəsilə yükdaşımalardan əldə etdikləri gəlirlərdəki qiymət (tarif) amilinin xarakterizə edilməsi üçün istifadə edilir. Yükdaşıma tarifləri indeksləri makro səviyyədə proqnozların verilməsi və müxtəlif iqtisadi hesablamaların aparılması zamanı tətbiq edilir. Yükdaşıma tarifləri indeksləri müxtəlif əlamətlərə - yükün növünə, göndərmənin ölçüsünə, çatdırma vaxtına, daşınma məsafəsinə, daşınma ərazisinə, hərəkət edən tərkibin növünə, yükqaldırma səviyyəsinə və s. görə daşınan yüklərin strukturundakı dəyişmələri nəzərə almadan hesabat dövrü üzrə onların dəyişmələrini müəyyən etməyə imkan verir.
Bütün nəqliyyat növlərinin yükdaşıma tariflərinin məcmu indeksi dəmir yolu, boru kəməri, dəniz, avtomobil və hava nəqliyyatı növlərinin yükdaşıma tariflərinin indeksləri əsasında müəyyən edilir.
Hər bir nəqliyyat növü üzrə yükdaşıma tariflərinin qeydiyyatı təmsilçi xidmətlər üzrə əlaqə növləri arasında aparılır. Təmsilçi xidmət adı altında konkret nəqliyyat növü (avtomobil və xarici dəniz nəqliyyatından başqa) tərəfindən qeyd olunmuş məsafədə müəyyən əlaqə ilə bir ton daha çox daşınan yükün daşınması başa düşülür. Avtomobil nəqliyyatında təmsilçi xidmət dedikdə, qeyd olunmuş məsafədə müəyyən tip avtomobil tərəfindən daha çox daşınan yükün 1 tonunun daşınması və yaxud nəqliyyat müəssisəsində yük avtonəqliyyatının işinin ödəniş formasından asılı olaraq yük avtomobilinin geniş yayılmış markasının 1 saatlıq işi nəzərdə tutulur. Xarici dəniz nəqliyyatı üzrə isə 1 ton yükün daşınmasına görə orta aylıq gəlir norması müşahidə olunur.
Tikinti işlərinin qiymət indeksi - “Tikinti” iqtisadi fəaliyyət növünü xarakterizə edən qiymət statistikası sisteminin göstəricilərindən biri hesab olunur və “tərkib elementləri” metodu ilə hesablanır. Tikintidə qiymətlərin dinamikası üçün ən vacib, tipik tikinti məhsullarının - yerüstü tikililər və yol qovşaqlarında istifadə olunan məhsulların müayinəsi aparılır.
İndeksin hesablanması üçün informasiya mənbəyi kimi tikinti təşkilatlarının seçmə şəbəkəsinin statistik müayinə məlumatlarından istifadə olunur. Tikinti işlərinin hər bir növü üzrə hesabat dövrünün və əvvəlki dövrün faktiki qiymətlərinin müqayisəsi yolu ilə fərdi qiymət indeksləri hesablanır. Daha yüksək səviyyələrdə qiymət indekslərinin aqreqasiyası zamanı seçilmiş tipik tikili növlərinin inşasında ilkin iş və elementlərin dəyər qiymətləndirilməsi ilə əsaslandırılmış çəki strukturundan istifadə edilir. Tikintidə mövcud olan smeta-normativ bazasına əsaslanan tikinti elementləri bundan sonra muxtar respublika ərazisindəki tikililərin standart tipləri üzrə aqreqasiya olunur.