Məlumatı yüklə

2022-ci ilin yanvar-may aylarında

Naxçıvan Muxtar Respublikasının

sosial-iqtisadi inkişafı



Muxtar respublikada 2022-ci ilin yanvar-may aylarında 1 milyard 50 milyon 572 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,8 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 2267,1 manat olmuşdur.

***

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-may aylarında 472 milyon 471 min100 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.

***

Vəsait qoyuluşları çərçivəsində 2022-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 411 milyon 247 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 396 milyon 230 min 900 manatı və ya 96,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

***

2022-ci ilin yanvar-may aylarında 62 milyon 134 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 10397 ton, süd istehsalı 38150 ton olmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,2 faiz, süd istehsalı isə 1,7 faiz artmışdır.

***

2022-ci ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 24 milyon 765 min 400 manat olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,5 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 17 milyon 954 min 400 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,6 faiz artmışdır.

***

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2022-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 116 milyon 669 min 700 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 36,8 faiz çoxdur. Verilmiş kreditlərin 9 milyon 675 min 800 manatı və yaxud 8,3 faizi qısamüddətli, 106 milyon 993 min 900 manatı və yaxud 91,7 faizi uzunmüddətli kreditlər olmuşdur.

***

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

***

2022-ci ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 587,4 manata çatdırılmışdır ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.

***

1 may 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1473 nəfər artaraq 463 min 585 nəfər olmuşdur.

BAĞLA