Məlumatı yüklə

2019-cu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar

Respublikasının sosial-iqtisadi inkişafı


Muxtar respublikada 2019-cu ilin yanvar-fevral aylarında 352 milyon 560 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 772,7 manata çatmışdır.

***


Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 172 milyon 200 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

***


Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 73 milyon 180 min manat vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 69 milyon 850 min manatı və ya 95,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

***


2019-cu ilin yanvar-fevral aylarında 15 milyon 145 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 3615 ton, süd istehsalı isə 5141 ton olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd istehsalı isə 1,5 faiz artmışdır.

***


2019-cu ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 9 milyon 267 min 100 manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2,9 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 7 milyon 436 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,5 faiz artmışdır.

***


Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2019-cu ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 8 milyon 240 min 900 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 1 milyon 432 min 100 manatı və yaxud 17,4 faizi qısamüddətli, 6 milyon 808 min 800 manatı və yaxud 82,6 faizi uzunmüddətli kreditlər olmuşdur.

***


Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

***


Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.1 mart 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 80520-yə çatmışdır ki, bunun da 70712-si və ya 87,8 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-fevral aylarında açılmış 3099 bank hesabının 3081-i aktiv hesablar olmuşdur. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 mart 2019-cu il tarixə 1272-yə çatmışdır.

***


Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2019-cu ilin yanvar-fevral aylarında 46 milyon 769 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 36 milyon 823 min 700 ABŞ dolları təşkil etmiş, 26 milyon 878 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

***


2019-cu ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 433,1 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.

***


1 fevral 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 456 min nəfəri ötmüşdür.


Makroiqtisadi göstəricilər
Müqayisə predmeti 2019-cu ilin yanvar-fevral ayları, faktiki 2019-cu ilin yanvar-fevral ayları 2018-ci ilin yanvar-fevral aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul, min manat
352 560,6
100,3 *
Hər bir nəfərə düşən ümumi daxili məhsul, manat
772,7
101,2
Sənaye məhsulu, min manat
172 200,0
101,1 *
Əsas kapitala yönəldilən vəsaitlər, min manat
73 180,0
72,5
Kənd təsərrüfatı məhsulu, min manat
15 145,6
102,3 *
Nəqliyyat sektorunda yük daşınması, min ton
1 819,0
102,0
İnformasiya və rabitə xidmətləri, min manat
9 267,1
102,9
o cümlədən mobil rabitə, min manat
7 436,0
101,5
Pərakəndə əmtəə dövriyyəsi, min manat
196 187,0
100,5*
Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat
29 356,1
100,4*
Xarici ticarət dövriyyəsi, min ABŞ dolları
46 769,0
111,9
o cümlədən ixrac
36 823,7
100,2
idxal
9 945,3
197,5
Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manat
433,1**
103,1
*) müqayisəli qiymətlər üzrə
**) 2018-ci ilin yanvar ayı göstəricisi
BAĞLA